Bakının mərkəzində 2012-ci ilədək 75 yeraltı keçid tikiləcək

Həbibə/AZADİNFORM. Yaxın vaxtlarda Şəhidlər xiyabanı yaxınlığında bir neçə istiqamətə çıxışı olan yeraltı piyada keçidinin inşasına başlanılacaq. “Azadinform” xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, bu istiqamətdə yeraltı piyada keçidi yol hərəkətinin təhlükəsizliyi baxımından zəruridir.

Hazırda Bakının bir çox yerində yeraltı piyada keçidləri tikilir. Ümumiyyətlə, 2012-ci ilədək Bakının mərkəzi hissələrində 75 yeraltı keçidin inşası nəzərdə tutulur. Həmçinin avtomobil dayanacaqlarının inşası da planlaşdırılır.

5.08.2011 11:23 / Baxılıb: 404 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo