Əzizağa Qənizadə: Onlar Kəlbəcərdədir, meyitləri gətirilməyib, dəfn edilməyib

Leyla Məhərrrəmova/AZADİNFORM. “Kəlbəcərin müdafiəsi zamanı 400 nəfər şəhid verdik, amma rayonunun mülki əhalisini xilas etdik. Mən briqadanın  Kəlbəcərin müdafiəsində göstərdiyi qəhrəmanlığı Azərbaycana çatdırıram”. 

AZADİNFORM  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib. O, 701 saylı hərbi hissənin Kəlbəcərin işğalı zamanı düşmənə qarşı ciddi müqavimət göstərməsindən danışıb: “Bu günə qədər hamı deyir ki, Kəlbəcər rayonu satıldı, Kəlbəcərdən ordu qaçdı. Bizim qəhrəman əsgərlərimiz heç vaxt qaçmayıb. Onlar orada şəhid olub, bu gün də onlar Kəlbəcərdədir, meyitləri gətirilməyib, dəfn edilməyib. Çünki 50 nəfərlə döyüşə girirdiksə 5 nəfər sağ çıxırdı. 5 nəfər 45 yaralını, meyiti çıxara bilməzdi. Bu gün təqdim etdiyimiz rəsm əsəri də bunu sübut edir. Döyüşdə 50 nəfər əsgərimiz 150-200 düşmən əsgərinə qarşı vuruşub”. Ə. Qənizadə qeyd edib ki, ehtiyat qüvvələr olmasa da, gənc əsgərlər hesabına mübarizə aparılıb: “Bizə yardım üçün cavan əsgərlər göndərilirdi, ehtiyat qüvvələrimiz isə yox idi. Əsgərlər mənimlə birlikdə döyüşürdü, döyüşə bilməyənlər də gəlirdi. Onları irəli aparırdım, çoxu həlak olurdu”.

4.04.2014 12:45 / Baxılıb: 976 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo