Azərbaycan dilli Vikipediyada məqalə sayı 100 mini ötdü

Adəm Abbaslı/AZADİNFORM. Vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Burada 287 dildə 30 milyondan çox ensiklopedik məqalə cəmlənib. 

AZADİNFORM  Vikipediya Azərbaycan qrupunun məlumatına istinadən xəbər verir ki, Azərbaycandilli Vikipediyada məqalələrin sayı hal-hazırda 100 mini ötüb. 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlayıb. Vikipediya ensiklopediyasının Azərbaycan bölməsində bu günə olan statistikaya görə 70 min nəfərə yaxın qeydiyyatdan keçib. Azərbaycan dilli vikipediyada olan məqalələrin sayı 100 mini keçməsi onu göstərir ki, Azərbaycan dilli vikipediya dünyada dinamik inkişaf edən resurslardandır və son statistikalara görə dünya reytinqində 50-ci yeri tutub.

Qeyd edək ki, dünya reytinqində məqalə sayının bir milyonu keçən cəmi 9 ölkə vardır. Ən zəngin dilli vikipediya dünyada ingilis dilli vikipediya sayılır və bu resursrda 4.5 milyondan çox məqalə vardır. Kontinental Avropa dilləri olan İtalyan, Alman, Portuqal, İspan, Niderland, İsveç, Polyak dillərində olan məqalə sayı da bir milyonu keçib.

Keçmiş MDB məkanı ilə müqayisədə Azərbaycan dilli vikipediyanın statistik durumu aşağıdakı kimidir. Rus dili ən zəngin dilli vikipediya sayılır belə ki, 1 milyonu aşmış məqalə sayı vardır. Daha sonra, 482 min məqalə sayı ilə Ukrayna, 203 min məqalə sayı ilə Qazax dilidir. Region ölkələri ilə müqayisədə demək lazımdır ki, gürcü dilində 80 min məqalə, erməni dilində 100 min dən çox məqalə vardır. 

Xatırladaq ki, vikipediya Azərbaycan qrupu tərəfindən 10 mart 2014-cü il tarixində Bakıda I Milli Vikipediya Forumu keçirilib. Forumda tanınmış Vikipediya mütəxəssisləri, QHT nümayəndələri, gənc alimlər və bu sahəyə marağı olan gənclərin iştirak edib. Forumun məqsədi Azərbaycan Vikipediyasının mövcud durumu ətrafında fikir mübadiləsinin aparılması, problemlərin və onların həlli yollarının müzakirəsi və gələcək fəaliyyət üçün baxışın və təkliflər paketinin formalaşdırılmasından ibarət olub.

31.03.2014 14:15 / Baxılıb: 2301 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo