Beatlesin şəkilləri hərracda rekord qırdı

Elcan/AZADİNFORM. Əfsanəvi ingilis musiqi qrupu “Beatles”in Amerikadakı ilk konsertində çəkilmiş və əvvəllər heç bir yerdə görülməmiş şəkilləri hərracda alıcısını tapıb.

“Azadinform” “FoxNews”a istinadən xəbər verir ki, Nyu-Yorkda reallaşan hərracda şəkillər 361 min dollardan alıcı tapıb. Bütün qrup üzvlərinin yer aldığı və üzərlərinə arxa fondan zərif bir işıq düşən şəkil isə 86 min dollara satılaraq rekord qırdı. 1964-cü ildə paytaxt Vaşinqtondakı konsertlə Amerikada ilk konsertini verən qrupun şəkilləri o vaxt 18 yaşlı gənc Mayk Mitçel tərəfindən çəkilib. “Şəkilləri necə çəkdiyimi xatırlamıram belə. Çox keyfiyyətsiz şəkillər idi. Lakin müasir aparatura onları xilas etdi” deyən Mayk sırf maddi ehtiyac üzündən şəkilləri hərraca çıxarıb. Hərracı idarə edən Keytsi Elkis deyir ki, onlar bütün şəkillər üçün ən yaxşı halda 100 min dollar nəzərdə tutublarmış: “Bu rəqəm gözlədiyimizin çox üstündədir”. Hərracda konsertdən fraqmentləri özündə əks etdirən 50 şəkil satılıb.

26.07.2011 17:14 / Baxılıb: 453 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.05.2018
    19.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo