ARDNŞ 1800 neftçinin istirahətini təşkil edib

Həbibə/AZADİNFORM. ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin tabeçiliyində fəaliyyət göstərən istirahət mərkəzləri yay mövsümü ilə əlaqədar olaraq iyunun 20-dən fəaliyyətə başlayıb.

“Azadinform” şirkətin mətbuat xidmətinə istinadən bildirir ki, bu il yay mövsümündə Xaçmaz rayonunun Nabran kəndi ərazisindəki “Geofizik” və “Nabran”, Qusar rayonunun Ənix kəndindəki “Şahdağ”, eləcə də Balakən rayonundakı 4 ulduzlu “Qubek hotel” istirahət mərkəzlərində neftçilərin və onların ailə üzvlərinin istirahətləri təşkil edilib. Neftçilərin 2 və 5 günlük istirahətləri ARDNŞ və Sosial İnkişaf İdarəsi tərəfindən təsdiq edilmiş cədvəllərə əsasən aparılır.
Mövsüm başlanandan indiyədək istirahət mərkəzlərində ümumilikdə 1800-dən çox neftçi və onların ailə üzvləri dincəlib. Belə ki, Xaçmaz rayonunun 54 yerlik “Nabran” istirahət mərkəzinə 2 günlük istirahətə 270, 5 günlük istirahətə 265, 60 yerlik “Geofizik” istirahət mərkəzinə 2 günlük istirahətə 301, 5 günlük istirahətə 302, Qusar rayonunun Ənix kəndi ərazisində yerləşən 22 yerlik “Şahdağ” istirahət bazasına 2 günlük istirahətə 110, 5 günlük istirahətə 103, Balakən rayonundakı “Qubek hotel”ə isə 5 günlük istirahətə ümumilikdə 392 nəfər gəlib.
Qeyd edək ki, ARDNŞ tərəfindən təsdiq edilmiş smetaya əsasən, qeyd olunan istirahət mərkəzlərində gündəlik 1 nəfərə çəkilən xərc 45 manat təşkil edir. Amma Şirkətin istirahət zonalarında dincələn neftçilər və onların ailə üzvləri əvvəlki illərdə olduğu kimi, yenə də bu məbləğin yalnız 15 faizini ödəyirlər. İstirahətə gedənlərin daşınması Sosial İnkişaf İdarəsi tərəfindən ayrılmış avtobuslar və qatar vasitəsi ilə həyata keçirilir.

26.07.2011 16:43 / Baxılıb: 554 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo