Narkotik alveri ilə məşğul olan şəxslərə hökm oxunub

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan mütəşəkkil dəstənin üzvlərinin məhkəməsi başa çatıb.

“Azadinform” xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Azər Ağayev 7 il, Tərlan Babayev 6 il, Nazim Ağayev 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham ediliblər. Təqsirləndirilən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulublar. Onlardan küllü miqdarda narkotik vasitə olan heroin aşkar edilib.

26.07.2011 16:26 / Baxılıb: 384 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo