Norveçli atıcı dünyanın ən komfortlu həbsxanasına düşə bilər

AZADİNFORM. Norveçdə iki terror aktı törətməkdə günahkar bilinərək həbs edilən Anders Breyvik günahkar hesab ediləcəyi təqdirdə dünyanın ən komfortlu həbsxanalarından birinə - «Halden Fengsel»ə göndərilə bilər.

Bu, Oslo yaxınlığındakı Halden şəhərində yerləşir. Meşə-park zonasında yerləşən həbsxana ərazisində məhbusların səhər idman qaçışları üçün yerlər müəyyən edilib. Binanın özündə isə səsyazma studiyası və kulinariya kursları fəaliyyət göstərir. Bundan əlavə, görüş üçün xüsusi ev və iki yataq otağı var. «Halden Fengsel»in kameraları düz ekranlı televizor, mini soyuducu və dizaynlı mebellə təchiz olunub. «Azadinform» «The Telegraph» qəzetinə istinadən yazır ki, mühafizəçilər silah gəzdirmir. Onlar daim idmanla məşğul olur və məhbuslarla birgə yemək yeyirlər. Həbsxana işçilərinin yarısı qadındır. Bu, həbsxananın xüsusi siyasətidir - çünki tədqiqatlar göstərib ki, qadınların penitensiar müəssisədə olması aqressiv yox, müsbət atmosfer yaradır.

26.07.2011 16:12 / Baxılıb: 494 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo