Dünyanın ən soyuq yeri kəşf edildi

Məmmədsan Həsənov/AZADİNFORM. Amerika Milli Qar və Buz Ölçmə Mərkəzi dünyanın ən soyuq nöqtəsini kəşf edib. 

AZADİNFORM  xəbər verir ki, mərkəzdən edilən açıqlamada bildirilib ki, dünyanın ən soyuq yeri Antarktida qitəsində yerləşən, təxminən 4 min metr yüksəkliyindəki Dome Fuji dağıdır. Burada havanın temperature -91 dərəcə olaraq qeydə alınıb. Bu temperaturun bir neçə dəqiqə ərzində insanın gözlərini, burnunu, hətta ağciyərlərini belə donduramaq təhlükəsi olduğundan elm adamları inkişaf etmiş peyk texnologiyası sayəsində temperaturu müəyyənləşdiriblər. 

Xatırladaq ki, bundan əvvəl kəşf edilən dünyanın ən soyuq yeri rus elm adamları tərəfindən yenə Antarktida qitəsində 1983-cü ildə -89 dərəcə olaraq qeydə alınmışdı.

Məskunlaşmanın olduğu bölgələr arasında isə ən soyuq yer Rusiyanın Oymyakon bölgəsidir ki, burada temperatur -71 dərəcəyə qədər enə bilir.

10.12.2013 10:48 / Baxılıb: 1306 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo