Sevin Musayeva Yalvarma klipinə 20 min manat xərcləyib?

Adəm Abbaslı/AZADİNFORM. Milli estrada ifaçıları arasında səs tembrinə görə seçilən Sevinc Musayevə yeni klip çəkdirib. AZADİNFORM  xəbər verir ki, Avropa üslubunda ərsəyə gələn “Yalvarma” (musiqisi Minayə xanım, sözləri Yunus Oğuz)  mahnısının görüntüləri HD keyfiyyətdə Slow mothion effektindədir. 

Klipini yeni yaradılmış gənc və istedadlılardan ibarət Azəri production-a etibar edən Sevinc xanım klip sarıdan özünü şanslı hesab edir. Az maliyyəyə effektli klipləri çəkilən S.Musayeva maraqlı açıqlama verib: “Heç vaxt klipə 20 min manat xərcləmərəm. Bu məbləğə 4-5 yaxşı klip çəkdirmək mümkündür. Fikrimcə, klip dünya bazarına çıxmırsa, ona fantastik məbləğ ödənilməsinin önəmi yoxdur. 20 min manata yaxşı mahnılar yazdırıb, albom çıxarmaq daha məqsədə uyğun olar”.

Klipin effektinə görə, Türkiyə kanallarına çıxmaq şansı var. Özünəməxsusluğu ilə seçilən Sevinc Musayeva kliplərindəki obrazlarında təqlidə yol vermədiyini vurğulayıb.

“Kimisə təkrarlamağı sevmirəm. Hər şey bədahətən gəlir və gözəl alınır. Kimisə təkrarlamaqla, müğənni olmaq olmaz” – deyən sənətçi haqqında stilisti Sərxan danışıb: “Sevinclə işləyərkən, sanki Aygün Kazımovanın üzünü makiyaj edirdim kimi hiss bağışladı. O, fırça altında tamam dəyişir”.

Xatırladaq ki, ekran işində S.Musayevanın tərəf müqabili onun keçmiş duet ortağı, fotomodel Aydın Cəfərovdur.

6.12.2013 08:55 / / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.07.2014
    2014 All right reserved www.azadinform.az Powered by Danneo