İRƏLİ Gənclik Mərkəzində yeni şahmat növünün təqdimatı keçirilib

Samir Soltanov/AZADİNFORM. Azərbaycanda ilk dəfə olaraq Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “İRƏLİ” Gənclik Mərkəzində  “Proqressiv Şahmat” yeni şahmat oyunun təqdimatı keçirilib. 

AZADİNFORM  xəbər veri ki, təqdimatda ölkəmizin böyük qrossmeysteri, beynəlxalq ustad Fikrət Sideifzadə, “Qalaqapı” oyunu federasiyanın prezidenti Qəmbər Cəfərov iştirak ediblər. 

Layihə rəhbəri Aygün Əliyeva çıxışında layihənin məqsədi haqqında ətraflı məlumat verib və oyunun niyə proqressiv adlanması, rənglərin hansı mənanı daşımasını izah edib. Bildirib ki, “Proqressiv Şahmat” oyunu çox qədim şahmat oyunun əsasında yaranıb. Yaradılma məqsədi çox iştirakçılı qrup oyunu yaratmaq, həmçinin oyuna rəng qatıb onu rəngarəng etməkdən ibarətdir. Oyun qrup şəklində keçirilir və oyunda 6 nəfər iştirak edir.

28.11.2013 18:40 / Baxılıb: 302 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo