Lalə Məmmədova günaha batmaq istəmədiyi üçün boşandı

Müğənni Lalə Məmmədova ilk dəfə ailəsinin dağılmasından və hamiləliyindən danışıb. AZADİNFORM Show.az-a istinadən xəbər verir ki, “Pərdə” verilişinə açıqlamasında həyat yoldaşı ilə boşanmasından peşman olmadığını söyləyən müğənni bu vəziyyətə görə pis olmadığını, heç bir depressiya keçirmədiyini bildirib. 

“Belə bir söz var ki, mən öz yolumla gedirəm, mənimlə gedə bilməyənlər vaxtı gələndə öz dayanacaqlarında düşürlər. Mən də öz yolumla gedirəm. Sadəcə onu deyə bilərəm ki, günaha batmaq istəmədim”.

Gələn ay doğulacaq körpəsinin qız olduğunu söyləyən Lalə Məmmədova bu uşaqla qaranlıq həyatına işıq gələcəyinə ümid etdiyini bildirib.

28.11.2013 09:39 / / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2014
    2014 All right reserved www.azadinform.az Powered by Danneo