DSMF-də mini-futbol və şahmat turnirləri başlayıb

Həbibə Abdulla/AZADİNFORM. Dövlət Sosial Müdafiə Fondunda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Fondun strukturlarının komandaları arasında mini-futbol və şahmat turnirləri start götürüb.

Fondun mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə cıxış edən DSMF sədri Səlim Müslümov Heydər Əliyevin xalqımız üçün əvəzolunmaz xidmətlərindən danışıb. DSMF sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyev idman sahəsinə də xüsusi diqqət göstərib: “Bu gün Azərbaycanda idmanın qısa müddətdə belə surətli inkişafı cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi sayəsində reallığa çevrilib”.
S.Müslümovun sözlərinə görə, DSMF-də artıq neçə illərdir  ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər həyata keçirilir. Bunlardan biri də mini-futbol turniridir.
Qeyd edək ki, mini-futbol və şahmat turnirlərinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində müəyyənləşəcək, qalib komandalara kubok və medallar təqdim ediləcək.

19.04.2011 14:46 / Baxılıb: 683 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo