Azərbaycanda iki yeni qoyun cinsi yaradılıb

Həbibə/AZADİNFORM. Azərbaycan qoyunçuluğunun qızıl genofonduna daha iki  Genofond- “Abşeron” və “ Mil-Qarabağ” qoyun cinsi əlavə olunub. “Azadinform” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, keçən əsrin birinci yarısında (1947-ci ildə) ilk dəfə olaraq akademik F.Ə.Məlikov, professor M.H.Sadıqov və başqalarının rəhbərliyi ilə “Azərbaycan dağ merinosu” cinsi yaradılıb:

“Bundan 64 il sonra Azərbaycan üçün perspektivli iki qoyun cinsi-“Abşeron” və “Mil-Qarabağ” cinslərinin yaradılmasını inkişaf etməkdə olan respublikamızın, onun aqrar elminin yaradıcı alimlərinin böyük nailiyyəti saymaq olar. Yeni iki cins daxil olmaqla respublikamızda genefondların sayı 13-ə çatıb, Müstəqil Dövlətlər Birliyi daxil olmaqla qoyun genefondlarının sayına görə respublikamız birinci yerdədir”.
Yeni yaradılan qoyun cinslərinin müəllifləri-Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Abşeron təcrübə stansiyasının elmi işçiləri, kənd təsərrüfatı üzrə fəlsəfə elmləri doktoru Nəcəf Nəcəfov-“ Yeni -“Abşeron” qoyun cinsi və kənd təsərrüfatı elmləri namizədi  Morul Dəmirovdur - “ Mil-Qarabağ” qoyun cinsi.

13.07.2011 15:54 / Baxılıb: 962 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo