ADİİM-nin sorğusu başa çatdı: Respondentlərin 79 faizi İlham Əliyevə səs verəcəklər

AZADİNFORM. Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) 2013-cü il prezident seçkiləri ilə bağlı yanvar-sentyabrın 5-dək “Əgər prezident seçkiləri bu gün keçirilsəydi kimə səs verərdiniz” və digər suallarla keçirdiyi ictimai rəy sorğusunun ümumiləşdirilmiş hesabatını yayıb. ADİİM-in sədri Cavid Şahverdiyev AZADİNFORM-a bildirib ki, bu hesabata avqust-sentyabrın 5-dək Bakı şəhərinin 5 rayonunda (Yasamal, Nəsimi Sabunçu, Binəqədi və Səbail) hər bir rayondan 20 ailə (ümumilikdə 350 respondent) arasında keçirdiyi sorğunun nəticələri də daxildir.

C.Şahverdiyev bildirib ki, sonuncu sorğuda iştirak edən respondentlərin 72 faizi indiki prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər.

ADİİM sədri onu da xatırladıb ki, yanvar ayından (sonuncu sorğuda daxil olmaqla) Balakən, Zaqatala, Qax, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Quba, Qusar, Şamaxı, Ağsu və İsmayıllı  rayonlarında keçirilən sorğularda ümumi 3120 respondent iştirak edib. Onların 75 faizi İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün sorğuların nəticəsinə görə, respondentlərin 79 faizi İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.

7.10.2013 12:04 / Baxılıb: 257 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo