|
| |||||
Gürcüstan - Cənubi Qafqazın maşın bazarı (fotosessiya)Ceyhun Əsgərov/AZADİNFORM. Azərbaycanda avtomobili olan və ya məsafələri sürətli və kamfortla qət etmək istəyən hər bir kəs bilir ki, işlənmiş avtomobil almaq üçün Gürcüstana getmək lazımdır. Bu gün Gürcüstanı əminliklə Cənubi Qafqazın, hətta deyərdim Orta Asiyanın istiqamətləndiyi bir maşın bazarı adlandırmaq olar. ABŞ, Avropa və Yaponiyadan ikinci əl avtomobillərin axışdığı Gürcüstan bu sahədən maksimal gəlir əldə etməyə çalışır. Poti limanına gəmilər vasitəsi ilə gətirilən avtomobillər əvvəllər Tiflisin maşın bazarına axışırdı. Lakin Gürcüstan hakimiyyəti Tiflisin az da olsa inkişaf etdiyini görüb qonşuluqda olan Rustavi şəhərinin inkşafına təkan vermək üçün avtomobil bazarını paytaxtdan köçürüb. İki milyon manata tikilən Rustavi maşın bazarı böyük bir sərgi kompleksini xatırladır. Avtomobillərin yeni sahiblərini tapmaq açıq hava altında dayandığı minlərlə kvadrat metrlik avtodayanacaqlar və Fastfood-lar. Düzdü burada yeni avtomobil satan bir, iki kiçik avtosalon da var. Amma gəlin özümüzü aldatmayaq, yeni avtomobil burada aktual deyil. İkinci əl avtomobillər isə göz oxşayır. Cəmi 10 000 kilometr sürüşü olan avtomobillərdən tutmuş 200 000 kilometr asfalt görmüş avtomobillərə kimi, istənilən modeli burada tapmaq olar. Qiymətlərə gəlincə, Bakıdan gələn bir insan onları görəndə ürəyi açılır. Sonradan fikirləşəndə ki, 10 000 dollara avtomobil alıb Azərbaycanda 4000-5000 manat gömrük rüsumu ödəməlisən, həvəsdən əsər əlamət qalmır. Gürcüstandan ikinci əl avtomobil almağın digər tərəfi də var. Bu avtomobilin ABŞ-da suda batması və yaxud Almaniya avtobanlarında ağır yol qəzasına uğradığı ehtimalı çox böyükdür. Hətta deyərdim 80 faiz. Bəli, Gürcüstana gətirilən 2-ci əl avtomobillərin məhz 80 faizinin tarixçəsi ürək açan deyil. Üzdən iraq vəziyyətdə Potiya gətirilən avtomobillər ya burada ya da ki, Gürcüstanın digər bölgələrindən, həmçinin azərbaycanlıların kompakt yaşadığı Marneuli və Qardabani rayonlarında vizual olaraq abıra gətirilir və bazara çıxarılır.
13.07.2011 13:43 / /
![]() ![]() ![]() ![]() Bu bölmədə |
|
||||||||||||||||||||||||||||||||||||||||||||
| © 2013 All right reserved www.danneo.com | Powered by Danneo |