Şamaxı rayonunda yeni məktəb binaları istifadəyə verilib

Leyla MəhərrəmovaAZADİNFORM. Şamaxı rayonunda Bilik Günü qeyd olunub.  Yeni dərs ilində Böyük Xınıslı, İkinci Çaylı ümumi orta, Hacılı kənd tam orta məktəblərinin hər biri üçün 80 yerlik və Muğanlı kənd tam orta məktəbi üçün isə 180 yerlik məktəb binaları istifadəyə verilib. 

AZADİNFORM xəbər verir ki, yeni məktəb binalarının açılış mərasimlərində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon təhsil şöbəsinin müdir əvəzi Baba Nəsirov, Böyük Xınıslı kənd ümumi orta məktəbinin direktoru Fəridə Əliyeva, Hacılı kənd tam orta məktəbinin direktoru Qonçubəy Xələfov, Muğanlı kənd tam orta məktəbinin direktoru Bəşir Cəfərov, FHN-nin Tikintiyə Nəzarət Agüntliyinin rəis müavini Elxan Əsədov, valideynlərdən David Fətəliyev, Əlizadə İsgəndərov iştirak edib. Bildiriblər ki,  Şamaxı rayonunda da təhsilin keyfiyyətinin yaxşılaşdırılması, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi xüsusi diqqət mərkəzindədir. Son vaxtlar həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu sahədə müsbət dəyişikliklər  hiss olunmaqdadır. Bu ilki qəbul zamanı rayon məktəblərinin məzunlarından 200 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Həmçinin rayon üzrə imtahan verən məzunlarımızdan 5 nəfərinin 600-dən, 25 nəfərinin 500-dən  çox bal toplaması xüsisi qeyd olunmağa layiq hadisədir.

2013-2014-cü dərs ilinin mühüm hadisələrindən biri də məktəblərimizin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində əsaslı addımların atılmasıdır. Bu dərs ilində rayonun müxtəlif kəndlərində 320 yerlik 4 məktəb binası istifadəyə verilib. Hazırda Cabanı kənd məktəbi üçün yeni 80 yerlik binanın tikintisi, həmçinin 1098 yerlik şəhər 6 saylı tam orta məktəbinin əsaslı təmir olunması davam etdirilir. Eyni zamanda Uşaq-gənclər yaradıcılıq mərkəzində və Dağ Bağırlı, Zarat Xeybəri kənd məktəblərində isə cari təmir işləri başa çatdırılıb. Ümumiyyətlə, ötən on il ərzində rayonda 3360 yerlik 18 məktəb binası, o cümlədən Heydər Əliyev Fondu tərəfindən 780 yerlik 5 məktəb binası istifadəyə verilib. Bundan əlavə qeyd olunan müddət ərzində 4864 yerlik 7 məktəb binası əsaslı təmir edilib.

17.09.2013 12:50 / / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.12.2014




2014 All right reserved www.azadinform.az Powered by Danneo