Quba tarixi abidələrinin mühafizəsi ilə bağlı aidiyyəti təşkilatlarla birlikdə tədbirlər həyata keçirilir

AZADİNFORM. Son günlər bəzi kütləvi informasiya vasitələrində Quba rayonu ərazisində yerləşən tarixi abidələrlə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub. AZADİNFORM Quba rayon İH-nə istinadən bildirir ki, yazıda göstərilənlər tamamilə əsassız, həqiqətdən uzaq və qeyri-obyektivdir.

 

Məlumatda bildirilir ki, Quba rayonu icra hakimiyyətində həm RİH-nin başçısı, həm RİH başçısının müavinləri, həm də RİHB aparatının şöbə müdirləri tərəfindən vətəndaşların qəbulu tamamilə mövcud qanunvericiliyin və müvafiq təlimatların tələblərinə uyğun səviyyədə təşkil olunaraq aparılır. Qəbullar zamanı vətəndaşlar diqqətlə dinlənilir, onların qaldırdıqları məsələlərə obyektiv şəkildə, həssaslıqla və yüksək diqqətlə baxılır, onlara müvafiq köməkliklər göstərilir: “RİH başçısının müavini Afət Həsənovaya isə ümumiyyətlə işlədiyi dövr ərzində heç bir vətəndaş tərəfindən “Çuxur hamam”ı barədə müraciət edilməyib. Rayonun ərazisində yerləşən tarixi abidələrin mühafizəsi, onların təmiri, ərazilərində səliqə - səhmanının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatlarla birlikdə müntəzəm tədbirlər həyata keçirilir. Quba rayonu tarixi-memarlıq abidələri ilə olduqca zəngindir. Hazırda rayonumuzda ümumilikdə 162 tarixi memarlıq abidəsi  vardır ki, onlardan da 1-i dünya əhəmiyyətli, 40-ı ölkə əhəmiyyətli, 121-i isə yerli əhəmiyyətli abidələrdir. Quba şəhərində yerləşən “Hündür gümbəzli hamam” XIX əsrə aid tarixi abidə olmaqla 4606 nömrəli inventar nömrəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli  132 saylı Qərarı ilə təsdiq edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Bina bişmiş kərpicdən tikilmiş və 6 otaqdan ibarətdir. Hazırda hamam binası tarixi abidə mühafizəçiləri tərəfindən qorunur, binanın ərazisində müntəzəm səliqə - səhman işləri aparılır. Görünür məqalə müəllifləri rayon İH-nin işğuzar imicinə xələl gətirmək məqsədi güdməklə yanaşı oxucular arasında çaşqınlıq yaratmaq məqsədi güdüblər”.  

Məlumatda əlavə olunur ki, bu gün Qubanın hər yerdə təmizlik, abadlıq-quruculuq işləri davam edir. Şəhərdə yeni su - kanalizasiya, qəsəbə və kəndlərdə qaz xətləri çəkilir, küçələr asfaltlanır, müasir işıqlandırıcılar quraşdırılır. Quba şəhərinin inkişafı və əhalinin rahatlığı naminə görülən bu işləri sakinlərin böyük razılıqla qarşılanır: “Bütün bu yanlış informasiyaları rayonun inkişafını gözü götürməyən insanlar  yayır”. 

12.09.2013 19:16 / Baxılıb: 737 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo