Murad Məmmədov yeni təyinat alıb

Seymur Əliyev/AZADİNFORM. Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. AFFA-dan “Azadinform”a verilən məlumata görə UEFA Regionlar kubokunun 6-cı qrupu çərçivəsində aprelin 23-dən 27-dək Çexiyanın Zlin şəhərində keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.

Bu qrupda Litva, Macarıstan, Çexiya və Xorvatiyanı təmsil edən komandalar mübarizə aparacaq.

18.04.2011 16:03 / Baxılıb: 544 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo