Dünya Budo Döyüş Növləri Federasiyası Azərbaycanda iclas keçirib

Ravid Zaidov/AZADİNFORM. Dünya Budo Döyüş Növləri Federasiyası Azərbaycanda iclas keçirib. İclasın keçirilməsində məqsəd federasiyasının Rusiya üzrə yeni nümayəndəsini seçmək olub. “Azadinform” xəbər verir ki, iclasda Rusiya Federasiyasının Budo Döyüş növlərinin nümayəndəsi, beynəlxalq 5 qat qara kəmər sahibi, Moskvada “Marsey” firmasının prezidenti, Ümumrusiya Azərbaycanlılar Konqresinin Dmitrov vilayəti üzrə sədri Seyran Hüseynov rəhbər seçilib. 

İclasda Dünya Budo Döyüş Növlərinin prezidenti, 10-cu dan qara kəmər sahibi, qrand master Eyyub - Zəfər Çoxbilən, Dünya Budo Döyüş Növlərinin yaradıcısı, 10 qat qara kəmər sahibi qrand master Faiq Rəfiyev, Azərbaycan və Rusiya Budo Döyüş Növlərinin əməkdar məşqçiləri və beynəlxalq dərəcəli idmançılar iştirak edib.

Faiq Rəfiyev bildirib ki, Dünya Budo Döyüş Növləri Federasiyası 82 ölkədə fəaliyyət göstərməkdədir. “Bu gün biz Rusiya üzrə Budo Döyüş Növləri Federasiyasının nümayəndəsi kimi Seyran Hüseynovu  seçdik” - deyə o bildirib.

Qeyd edək ki, S.Hüseynovun fəaliyyəti Rusiyada geniş işıqlandırılır. O, bu yaxınlarda Ümumrusiya Azərbaycanlılar Konqresinin medalına layiq görülüb. Medalı ona Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib. Eləcə də o, Lomonosov adına Moskva Dövlət Universitetinin 300 illiyi münasibəti ilə medalla təltif olunub. 

17.07.2013 10:36 / Baxılıb: 1754 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo