Misir keçid dövrü üçün yeni konstitusiya qəbul edib

Məmmədsan Həsənov/AZADİNFORM. Misirdə dövlət çevrilişindən sonra müvəqqəti prezidentlik vəzifələrini icra edən Adli Mənsur yeni konstitusiya qəbul edib. 

"Azadinform" xəbər verir ki, Misirin yeni konstitusiyası 33 maddədən ibarətdir və bu konstitusiya ilk olaraq dövlətin idarə edilməsi üçün müvəqqəti komissiyanın qurulmasını tələb edir. Qurulacaq komissiyanın tərkibinə hər partiyadan bir nümayəndənin qatılacağı gözlənilir.

Qeyd edək ki, qəbul edilən konstitusiya sadəcə keçid dövründə qüvvədə olacaq, hökumət dəyişdikdən sonra isə yeni konstitusiya qəbul ediləcək.

9.07.2013 13:17 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo