Heydər Əliyev və Azərbaycan Nitq Mədəniyyəti kitabı təqdim olunub

Ravid Zaidov/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Heydər Əliyevin 90 illik yubileyinə və Qurtuluş Gününün 20 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan Nitq Mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib.

“Azadinform” məlumat verir ki, kitabda Ulu Öndərin nitqləri və nitq üslubları kompleks şəkildə araşdırılıb. Kitabın müəllifi Tibb Universitetinin dosenti, Tibb elmləri üzrə Fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər birliyinin üzvü Nağdəli Zamanovdur. Kitabın elmi redaktoru Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, professor, filologiya elmlər doktoru Məsud Mahmudov, rəyçilər isə professor Nadir Məmmədli və filologiya elmlər doktoru İlham Tahirovdur.

Tədbiri Aşıq Şəmşir Mədəniyyət Ocağının sədr müavini Həbib Muradov açıb. O, Ulu Öndər və qurtuluş mübarizəsi haqqında iştirakçılara məlumat verib. Şair, publisist, “Təbib” qəzetinin baş redaktoru Eldar İsmayıl, Tibb Universitetinin dosenti Yavər Vəliyev və başqaları kitab haqqında öz fikirlərini bildiriblər.

Qeyd edək ki, tədbirdə 480 səhifəlik kitabın tezliklə 2-ci cildinin də nəşr olunacağı bildirilib. 

14.06.2013 12:59 / Baxılıb: 795 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo