İftixar Piriyev Heydər Əliyev obrazını oynayır

Qənirə Bayramlı/AZADİNFORM. İrəvan Dövlət Azərbaycan Dram Teatrı bölgələrdə səfərdədir. Bu barədə “Azadinform”a Teatrın direktoru İftixar Piriyev məlumat verib. 

Hazırda Saatlı rayonunda olan teatr kollektivi səfər çərçivəsində İftixar Piriyevin “Qurtuluş dastanı” əsəri əsasında eyni adlı tamaşanı nümayiş etdirəcək: “Qurtuluş günü münasibətilə hazırlanan tamaşa iyunun 5-də İmişlidə, iyunun 12-də Sabirabadda, iyunun 13-də Neftçalada, iyunun 14-də isə Cəlilabad rayonunda nümayiş olunacaq”.

Tamaşada teatrın direktoru, aktyor və pyesin müəllifi İftixar Piriyev Heydər Əliyev obrazını oynayır. Digər rolları xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Niyaməddin Səfərəliyev, Elmira Şahbazova və başqaları ifa edirlər.

5.06.2013 11:16 / / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.09.2014
    2014 All right reserved www.azadinform.az Powered by Danneo