Bakı Gələcək Forumu keçirilir

AZADİNFORM. Bu gün “Hilton” otelində Azərbaycan Futuroloqlar Cəmiyyəti və “Minilliyin layihəsi”nin Azərbaycan bölməsi tərəfindən təşkil olunan 1-ci Beynəlxalq Bakı Gələcək Forumu keçirilir. “Azadinform” xəbər verir ki, Forumda “NASA”, ABŞ Milli Elmi Fondu, “Google”, Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Rokki-Maunteyn İnstitutunun ekspertləri iştirak edir.

Foruma ABŞ, Kanada, Meksika, Venesuela, Uruqvay, Braziliya, Çili, Finlandiya, Çernoqoriya, Sloveniya, Rumıniya, Polşa, Çexiya, Rusiya, Fransa, Almaniya, İspaniya, Belçika, Böyük Britaniya, Hindistan, Cənubi Koreya, Çin, İsrail, Türkiyə, İran, Misir, Keniya, CAR-dan olan nümayəndələr qatılıb.

Bakı Forumuna Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti dəstək verir.

3.06.2013 11:23 / Baxılıb: 942 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.06.2016
    25.06.2016
    24.06.2016


     
    2016 All right reserved www.azadinform.az Powered by Danneo