Avropa Parlamentində təcrübə keçən azərbaycanlı tələbələr parlamentin keçmiş prezidenti ilə görüşüblər

AZADİNFORM. May ayından etibarən “Partnyor Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondu”nun dəstəyi ilə müxtəlif Avropa universitetlərində təhsil almaqda olan dörd azərbaycanlı tələbə Avropa Parlamentində təcrübə proqramında iştirak edir.

“Azadinform” xəbər verir ki, tələbələr Parlamentin keçmiş prezidenti Jerzy Buzek ilə görüşüblər. Görüş zamanı Jerzy Buzek tələbələrin təcrübə proqramı ilə tanış olub, Avropa təcrübəsinin öyrənilməsi üçün bu növ layihələrin əhəmiyyətini vurğulayıb və tələbələrə təcrübə proqramında müvəffəqiyyətlər arzulayıb. 

Qeyd edək ki, Jerzy Buzek 1980-ci illərdə Polşada demokratik anti-kommunist hərəkatın üzvü olub, 1997-ci ildə baş nazir vəzifəsinə yüksəlib, 2009-2012-ci illərdə isə Avropa Parlamentinə rəhbərlik edib. Hal-hazırda Parlamentdə millət vəkili qismində Polşa Respublikasını təmsil edir. 

Avropa Parlamentində təcrübə keçən azərbaycanlı tələbələr daha sonra Parlamentin işində iştirak edib, müxtəlif mövzuları əhatə edən konfrans və görüşlərə qatılıblar.

10.05.2013 10:51 / Baxılıb: 578 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo