Berti Foqts BSU-da tələbələrlə görüşüb

Suymur Əliyev/AZADİNFORM. Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakı Slavyan Universitetində tələbələrlə görüş keçirib. AFFA-dan “Azadinform”a verilən məlumata görə, tədbiri universitetin rektoru, professor Kamal Abdulla açaraq Berti Foqtsu salamlayıb, onunla görüşün tələbələrin böyük marağına səbəb olduğunu bildirib.

Millinin baş məşqçisi çıxış edərək futbolçu və məşqçi karyerası barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Çıxışını başa vurduqdan sonra Berti Foqts tələbələrin çoxsaylı sualını cavablandırıb.
Bakı Slavyan Universitetinin rektoru millimizin baş məşqçisinə rəhbərlik etdiyi təhsil müəssisəsinin hədiyyələrini təqdim edib.
Tədbirin sonunda universitetin tələbələri Berti Foqtsla xatirə şəkli çəkdirib.

15.04.2011 17:31 / Baxılıb: 880 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo