İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin Azərbaycana gəlir

AZADİNFORM. İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin ərəb dünyasının tanınmış simaları təmsil olunan böyük nümayəndə heyyəti ilə həmsədri olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi "Cənubi Qafqaz Forumu"nda iştirak etmək üçün Azərbaycana səfərə gəlir.

“Azadinform” xəbər verir ki, dünya elm və mədəniyyətinin əfsanəsi, Dünya Bankında yoxsul ölkələrə yardım proqramlarının müəllifi, Ümumdünya Kənd Təsərrüfatı Qrupunun, Ümumdünya Su Mühafizəsi Qrupunun, Yoxsul ölkələrə yardım qrupunun, mikromaliyələşdirmə birliyinin təsisçi rəhbəri olan İsmayıl Seragəldin 1992-2000-ci illərdə Dünya Bankının 1-ci vitse-prezidenti vəzifəsində çalışıb. 

Nizami Gəncəvi - Azərbaycan təşəbbüsünün müəllifi və hamisi olan İ.Seragəldinin rəhbərliyi ilə Nizami Gəncəvinin bütün dünyaya yayılmış irsi öz doğma vətəninə qaytarılıb. 

Fransada İlin Elm adamı, Ümumdünya Elektron Kitabxanasının təsisçi Direktoru, 60-dan çox nüfuzlu universitetin Fəxri Doktoru, Sivilizasiyalar Alyansı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olan İsmayıl Seragəldin Cənubi Qafqaz Forumuna hazırlıq üzrə təşkilat Komitəsinin həmsədridir. 

Ensiklopedik zəkaya malik olan əfsanəvi ziyalı, siyasətçi İsmayıl Seragəldin Azərbaycanı Şərq və Qərbin qovşağında yerləşən mühüm əhəmiyyətli ölkə olmasını vurğulayaraq, Şərqdə qadınlara seçib seçilmək hüququnu verən, ilk demokratiya anlayışını təbliğ edən, dahi Nizami irsinin sahibi olan əsərlərə arxalanan Azərbaycanın təcrübəsindən bir çoxlarının yararlanmalı olduğunun əhəmiyyətini vurğulayır. 

2013-cü il YUNESKO Baş Assambleyasının elm və təhsilin durumu üzrə Ali məruzəçisi olan  İsmayıl Seragəldin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Cənubi Qafqaz Forumuna moderatorluq etməklə yanaşı, Gəncə şəhəri 4000 illik keçmişi layihəsinin də rəhbəridir.

5.04.2013 10:31 / Baxılıb: 294 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo