Şagird-Məzun sistemi məlumatlar bazasının formalaşdırılması işi yekunlaşır

AZADİNFORM. TQDK tərəfindən 2012-2013-cü tədris ili üçün “Şagird-Məzun” sistemi məlumatlar bazasının formalaşdırılması işi yekunlaşmaq üzrədir.

“Azadinform” TQDK-na istinadən xəbər verir ki, hazırda IX siniflər üzrə 120597 şagird, XI siniflər üzrə 93542 şagird (cəmi 214139 şagird) sistemə daxil edilib. Bu da daxil edilməli olan məlumatların 98 faizini təşkil edir.  

Ölkənin ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərdən xahiş olunur ki, “Şagird-Məzun” sisteminə daxil olaraq, şəxsi məlumatlarını və keçən ilki qiymətlərini yoxlasınlar.

Əgər hər hansı bir uyğunsuzluq aşkar edərlərsə, tədris müəssisələrinin rəhbərlərinə məlumat vermələri xahiş olunur.

2.04.2013 14:48 / / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    28.07.2014
    27.07.2014
    26.07.2014
    2014 All right reserved www.azadinform.az Powered by Danneo