Bahar Muradova səfirləri ittiham etdi

Mübariz Aslanov/AZADİNFORM. “Radikal müxalifət təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə yox, parlamentdə təmsil olunan müxalifətin digər nümayəndələrinə belə düşmənçilik hissləri bəsləyir”.

“Azadinform” xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, radikal müxalifət millət vəkilləri İqbal Ağazadəni, Fazil Mustafanı, Qüdrət Həsənquliyevi də onlara düşmən kimi qələmə verirlər. Vitse-spiker buna misal kimi onların tez-tez səsləndirdiyi “İctimai Palataya İqbal Ağazadə gəlməsin” çağırışlarını göstərib. “Yaxşı, parlamentdəki müxalifət də xalqa düşməndir? Bu gün narahatçılığa yox deyənlər ilə şərikəm, amma eyni zamanda bizim narahatçılığımızı qeyri-adi qəbul edənlərə də demək istərdim ki, nədən siz məni, onu və qeyrisinin bu parlamentdə xalqın və dövlətin marağına uyğun məsələlər mövqeyindən çıxış etməyimizi,  narahatçılığımızı qəbul etmək istəmirsiniz?! Səfirlərin də təmsil etdiyi ölkələr bizim strateji müttəfiqlərimizdir. ABŞ və digər ölkələrin səfirliklərinin nümayəndələri düşünmürlər ki, bu hərəkətlər Azərbaycanla münasibətə xələl gətirə bilər. Həmin ölkələr və onların iqtidarları bölgəmizdə maraqlara malikdirlər. Bu maraqları yerinə yetirmək istəyirlərsə, bizim maraqlarımıza da hörmət etməlidirlər” - deyə B.Muradova vurğulayıb. Vitse-spiker tələb edib ki, səfirlər bu məsələ ilə bağlı izahat versinlər: “İctimaiyyətdə və mətbuatda belə fikir var ki, radikal müxalifətlə səfirlərin görüşündə maliyyə məsələləri ilə bağlı söhbət olub. Qoy bu barədə səfirlər açıqlama versinlər. Səfirlər o müxalifətlə görüş keçirə bilərlər, amma mətbuatdan gizlin yox. Biz beynəlxalq təşkilatlarla görüş keçirəndə bütün mətbuat bunu işıqlandırır. Niyə bəs müxalifətin həmin görüşü mətbuatda açıqlanmadı, gizlin qaldı? Bizdən şəffaflıq tələb edən dairələr niyə özləri şəffaf fəaliyyətdə deyillər?”

15.04.2011 13:15 / Baxılıb: 599 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2018
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo