Yaxın Şərqdəki vəziyyət Bakıda müzakirə olunacaq

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə 15-18 aprel tarixlərində “Rusiya Qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanov Azərbaycanda səfərdə olacaq.

SAM-ın mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, səfər çərçivəsində rusiyalı qonağın Azərbaycanın bir sıra rəsmi şəxsləri, aparıcı KİV rəhbərləri və beynəlxalq münasibətlər üzrə mütəxəssisləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, aprelin 15-i F.Lukyanov və ABŞ-ın nüfuzlu “Stratfor” qlobal analitik şirkətinin rəhbəri Corc Fridman SAM-da keçiriləcək “Yaxın Şərqdə dəyişən güc balansı” mövzusunda Dəyirmi masada əsas məruzəçilər qismində iştirak edəcəklər.
Tədbirdə Prezident Administrasiyası, ADA və SAM–ın məsul əməkdaşları, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər də iştirak edəcək.

14.04.2011 17:03 / Baxılıb: 711 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo