Ombudsman institutu Avropa İttifaqı üçün önəmli tərəfdaşdır

Atif Eyvazov/AZADİNFORM. Ombudsman Aparatında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin siyasi məsələlər üzrə mütəxəssisi Lyudas Kolesinskasla görüş keçirilib.

Bu barədə məlumatı AZADİNFORM-a Ombudsman Aparatından veriblər. Görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qeyd edib ki, Avropa Şurasının (AŞ) bərabərhüquqlu üzvü olan Azərbaycan bir sıra beynəlxalq konvensiyaları, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edib, ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil təsisatı uğurla fəaliyyət göstərməkdədir.
Ombudsman Elmira Süleymanovanın fəaliyyətinin ilk dövrlərindən nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Aİ ilə insan hüquqları sahəsində qarşılıqlı əlaqələr qurduğu, bu əməkdaşlığın davam etdirilməsinin və prioritetlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb. O, təsisatın həyata keçirdiyi digər məsələlərlə bağlı da qonağa ətraflı məlumat verib.
Qonaq təmsil etdiyi qurumla Azərbaycanın Ombudsman institutu arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və bu təsisatın Aİ üçün önəmli tərəfdaş olduğunu diqqətə çatdırıb. O, Avropa İttifaqının həyata keçirdiyi Twinning, Sigma və TAİEX layihələri barədə məlumat verib.
Qeyd edək ki, görüşdə Aİ-nin maliyyələşdirdiyi TAİEX proqramı çərçivəsində “Ombudsman təsisatının imkanlarının artırılması” mövzusunda keçiriləcək seminarla bağlı da müzakirələr aparılıb.

14.04.2011 16:04 / Baxılıb: 652 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo