Gələn ildən BDU-da bəzi ixtisas fənləri alman dilində keçiriləcək

AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor EkardPaxeni qəbul edib. Məlumatı “Azadinform”a BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər. 

Görüşdə BDU ilə Vürçburq Universiteti arasında Avropa Hüququ Magistr Proqramının yaradılmasına dair bağlanmış anlaşma memorandumundan irəli gələn məsələlərə dair fikir mübadiləsi aparılıb, universitetlərarası əməkdaşlığın gələcəkdə daha da səmərəli nəticələr verəcəyi qeyd edilib. 

Qeyd edək ki, 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində “Avropa hüququ” ixtisası üzrə yeni magistratura proqramı fəaliyyət göstərir. Hal-hazırda tədris dili ingilis dilidir, lakin 2013-cü ildən etibarən bəzi ixtisas fənlərinin alman dilində keçirilməsi planlaşdırılır. Alman tərəfi bu proqramda iştirak edən 17 tələbə üçün intensiv alman dili kursları təşkil edib və tələbələr bu kurslarda fəal iştirak edirlər. Bu proqramın məzunlarına ilk dəfə olaraq ikili diplom- BDU və Vürçburq Universitetlərinin diplomları təqdim ediləcək. Universitetlər arasında bağlanmış müqavilə gələcəkdə başqa sahələr üzrə tələbə və müəllimlərin mübadiləsi, birgə araşdırmaların keçirilməsi və digər əməkdaşlıqları da nəzərdə tutur.  

26.11.2012 15:11 / Baxılıb: 553 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo