Ramiz Mehdiyevin İnkişafın Azərbaycan modeli kitabı ictimai müzakirəyə çıxarılıb

Atif Eyvazov/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu “İnkişafın Azərbaycan modeli” kitabının ictimai müzakirəsi keçirilib.

AZADİNFORM xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) tərəfindən həyata keçirilən “QHT və medianın iştirakı ilə sosial məsələlərə dair ictimai debatların təşkili” layihəsi çərçivəsində reallaşan tədbirdə bir sıra millət vəkilləri, ictimai təşkilatların rəhbərləri və digər qurumların nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən BMAM sədri, politoloq Rufiz Qonaqov bildirib ki, sözügedən kitab təkcə Azərbaycan üçün dəyərli deyil, həmçinin digər inkişaf etməkdə olan ölkələr də bu kitabdan istifadə edə bilərlər. R.Qonaqov vurğulayıb ki, kitabda toxunulan iqtisadi məqamlar mövcud iqtisadi potensialımızın əsas nəzəri detallarını təşkil edir. “Kitabın əsas ideyalarının daha da ictimailəşdirilməsi zərurətini nəzərə alaraq, vətəndaş cəmiyyəti institutu olaraq hörmətli akademikin sosial-iqtisadi ideyalarını yaymaq və gələcək nəsillərə çatdırmağı vacib sayırıq”,-deyə o əlavə edib.
Sonra millət vəkilləri Çingiz Qənizadə, Yevda Abramov, Milli QHT Forumun prezidenti Rauf Zeyni və digər şəxslər kitabın əhəmiyyəti və digər dəyərli məqamlarından danışıblar. 

14.04.2011 13:01 / Baxılıb: 692 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo