AGTA Beynəlxalq Tərcüməçilər Federasiyasına üzvlük haqda müraciət edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Gənc Tərcüməçilər Assossiasiyası (AGTA) bu gün Beynəlxalq Mətbuat Mərkəzində 30 sentyabr – Beynəlxalq Tərcümə günü və AGTA-nın 1 yaşı münasibətilə “Tərcümə mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi” mövzusunda konfrans keçirib. 

“Azadinform” xəbər verir ki, konfransda Azərbaycanın görkəmli dilçiləri, tərcüməçiləri, pedaqoqları bir araya gələrək, Azərbaycanda tərcümə sənəti, tərcüməçilərin təşkilatlanması, bədii tərcümə problemləri və tərcümənin tədrisi məsələləri üzrə müzakirələr aparılıb.

Assossiasiyanın sədri İsmayıl Cəbrayılov bildirib ki, Azərbaycan Gənc Tərcüməçilər Assossiasiyası Beynəlxalq Tərcüməçilər Federasiyasına üzvlük haqda müraciət edib və yaxın günlərdə bu proses reallaşacaq.

 

28.09.2012 15:02 / Baxılıb: 637 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    28.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo