Ölkəmizdə IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı keçiriləcək

Adəm Abbaslı/AZADİNFORM. 1-5 oktyabr 2012-ci il tarixində ölkəmizdə Mədəniyyət və Turizm Nazirliyi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyənin Doqquz Eylül Universitetinin birgə tərəfdaşlığı ilə IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı keçiriləcək. “Azadinform”un məlumatına görə, tədbirin müzakirə mövzusu Avrasiya regionunda arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivləri olacaq.

Tədbirin açılış mərasimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, yerli və xarici elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələrinin iştirakı ilə 2 oktyabr 2012-ci il tarixində Ağsu şəhərində Orta əsr Ağsu şəhər arxeoloji kompleksində baş tutacaq. 3-4 oktyabr tarixində beynəlxalq konfrans arxeologiya, etnoqrafiya, qayaüstü təsvirlər və mədəni turizm mövzusunda sessiyalarda işini davam etdirəcək.

Qeyd edək ki, tədbir çərçivəsində “Azərbaycanın kərpic memarlığı” adlı rəsm sərgisinin təşkili də nəzərdə tutulur.

27.09.2012 15:46 / Baxılıb: 793 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo