Dünya kitab rekordu: 200 min kitabın müəllifi Filip Parker

AZADİNFORM. Filip dünyanın ən sürətlə yazan yazıçısıdır. Hələ 2008-ci ildə Parker mətbuata kitabxanasını açmışdı, hansı ki həmin kitabxanada onun 85000 kitabı olub.

Belə görünür ki, adına ən çox kitab olan müəllif olmaqla yanaşı, həm də ən uğurlu yazardır. “Azadinform” “HuffingtonPost”-a istinadən xəbər verir ki, ədəbiyyat və məişətdə Filipin haqqında yazmadığı bir şey demək olar ki, tapılmaz. Ayaqqabı, pinəçi, şamlar, gəmilər, bitkilər, krallar, səyahətlər, köçlər, idman növləri və sair yüzlərlə bir-birinə zidd olanlarla bağlı kitablar qələmə alıb. Məsələn, təkcə ayaqqabılarla bağlı onun 188 kitabı, şamlara həsr olunmuş 219 kitabı var. Kitabların onu ayrı-ayrı adları olan gəmilər və bu gəmilərdə yaşanmış hekayələrlə bağlıdır. Onun ən bahalı kitabı 2012-ci ildə çap olunmuş 495 dollarlıq "The 2007–2012 Outlook for Bathroom Toilet Brushes and Holders in the United States" kitabıdır. 677 səhifəlik bu kitabı naşirlər ensiklopediya adı ilə nəşr etməyi təklif etsələr də, Parker etiraz edib. Onu da qeyd edək ki, bu kitabın davamı olan və hazırda yazılan növbəti nəşr isə 2009-2014-cü illəri əhatə edəcək və ortalama dəyəri 795 dollar olacaq. 

Parker Fransanın Fontenablo əyalətindəki beynəlxalq biznes təmayüllü məktəbin əsasında qurulmuş İNSEAD-ın elmi idarəetmə üzrə professorudur. O bildirir ki, hazırda kitabxanasında özünün müəlliflik etdiyi 200 mindən çox kitab var. 


24.09.2012 16:49 / Baxılıb: 452 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo