Ququş Azərbaycan mahnısını ermənicə oxuyub

Ümidə Həsənli/AZADİNFORM. Əslən azərbaycanlı olan məşhur İran müğənnisi Ququş Azərbaycan mahnısını erməni dilində oxuyub. “Azadinform”un məlumatına görə, “Gedək üzü küləyə” mahnısı Ququşun canlı ifasında erməni dilində musiqiçilərin müşayəti ilə “Youtube”də yayımlanıb. Qeyd edək ki, sözləri Əliağa Kürçaylı, musiqisi Elza İbrahimovaya məxsus kompozisiya Xalq artisti Şövkət Ələkbərovanın repertuarında olan ən məşhur mahnılardandır. Ququş “Gedək üzü küləyə” mahnısını 2010-cu ildə ifa etsə də, sosial şəbəkələrdə yeni yayılmağa başlayıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ququş İranın Şərqi Azərbaycan vilayətində baş verən güclü zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsinə kədərləndiyini bildirib. “Facebook”da səhifəsində yazdığı statusda Ququş kədərini belə ifadə edib: “Qardaş, bacı, bizim ölkəmizdə bu sözlər artıq dağların arxasında qalıb. Sənə qurban olum, mən özüm də azəriyəm. Əgər bu sözlərimə inansanız, bilərsiniz ki, ürəyim yanır. Mənə qulaq asmağa gələn hər kəsin istəyirəm ki, dodaqları da gülsün. Hər gün ağlayırıq, qurtarmır? Canım sizə qurban”.

“Gedək üzü küləyə” mahnısını Şövkət Ələkbərovanın ifasında və Ququşun oxuduğu ermənicə versiyasını sizə təqdim edirik:  

 


 

22.08.2012 17:19 / Baxılıb: 2263 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo