Türk Standartları İnstitutunun rəhbərliyi ARDNŞ-də olub

                                                             
Həbibə/AZADİNFORM. ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Türk Standartları İnstitutu baş katibinin müavini Mehmet Bozdemirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Şirkətdən “Azadinform”a verilən məlumata görə, idarənin rəisi Fuad Süleymanov ARDNŞ-nin tabeçiliyində olan idarələrin beynəlxalq standartlar səviyyəsində çalışması üçün müəssisələrdə İSO sertifikatlarının tətbiq olunması zərurətini qeyd edərək bildirib ki, bu işlərin sistemli olaraq yerinə yetirilməsi Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Hazırda İdarənin 5 beynəlxalq sertifikata (TS EN ISO 14001 “ətraf mühitin mühafizəsi”, TS EN ISO 9001 “keyfiyyət”, TS 18001/OHSAS “əməyin mühafizəsi və təhlükəsizlik texnikası”, TS EN ISO/IEC 17024 “Personalın Sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumu kriteriyalar” və TS EN ISO / IEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi kriteriyalar”) sahib olduğu vurğulanıb. Görüşdə qeyd edilib ki, ARDNŞ-nin beynəlxalq standartların tətbiq edildiyi müəssisələrində TTSİ-nin nəzarət qrupunun iştirakı ilə periodik olaraq yoxlamalar həyata keçirilir. 2012-ci ildə də TTSİ tərəfindən ARDNŞ-nin bir sıra müəssisələrinə təyinatına uyğun olaraq ISO seriyalı sertifikatların verilməsi nəzərdə tutulub. Beynəlxalq standartların tətbiqi ilə həmin müəssisələrdə ciddi iqtisadi səmərə əldə etmək mümkündür.
Türk Standartları İnstitutu baş katibinin müavini Mehmet Bozdemir səfərinin məqsədi haqda danışarkən bildirib ki, TSE və ARDNŞ arasında çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi, gələcəkdə yeni standartların müəssisələrdə tətbiqi, yeni maarifləndirmə kurslarının təşkil olunması məsələləri daim diqqət mərkəzindədir. Mehmet Bozdemir gələcəkdə təklif olunan xidmətlər paketini ARDNŞ rəhbərliyinə təqdim edəcəklərini vurğulayıb.
Görüşdə TSE-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.

8.08.2012 17:34 / Baxılıb: 546 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo