Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yanğın baş verib

AZADİNFORM. Ötən gün saat 22:30 radələrində Zaqatala Dövlət Təbiət Qoruğunun Qaraçay sahəsinin 05 saylı dolayının 54 saylı kvartalının ərazisində ətrafdan keçən elektrik xəttində baş vermiş qısaqapanma nəticəsində yanğın baş verib. ETSN-dən “Azadinform”a verilən məlumata görə, 0,05 hektar sahəni əhatə edib.

Yanğın Zaqatala Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülüb və Qoruğun ərazisinə ciddi ziyan dəyməsinin qarşısı alınıb.
Yanğın zamanı Qoruğun ərazisində yalnız təbii ot örtüyünə ziyan dəyib.

8.08.2012 12:05 / Baxılıb: 430 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo