Gürcüstanda azərbaycanlı əsgər Rahib Məmmədovun büstü qoyulub

AZADİNFORM. ARDNŞ-nin Gürcüstandakı aktivi olan Kulevi “Qara dəniz neft terminalı”nın maliyyə dəstəyi ilə qonşu respublikanın Xobi rayonunun Çaladidi kəndində azərbaycanlı əsgər Rahib Məmmədovun xatirəsinə ucaldılmış abidə kompleksi bərpa olunub və onun büstü qoyulub. Abidənin üzərindəki yazının mətni dəyişdirilib. Bu barədə məlumatı “Azadinform”a ARDNŞ-dən veriblər.

İngilis və gürcü dillərində həkk olunmuş mətndə deyilir: “1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə”.
Məlum olduğu kimi, 20 yaşlı azərbaycanlı əsgər Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Rahib Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər bu gün də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, Rahib Məmmədovun xatirəsini həmişə əziz tuturlar.

24.07.2012 17:25 / Baxılıb: 537 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo