Kinorejissor Yalçın Əfəndiyevin 75 yaşı tamam olur

Adəm Abbaslı/AZADİNFORM. Kinorejissor, Xalq artisti Yalçın Əfəndiyevin 75 yaşı tamam olur. 


“Azadinform” xəbər verir ki, rejissor Azərbaycan kinosu tarixinə “Odla təmasda”, “Naxışların yaddaşı”, “Xatirələr sahili”, “Dostluğun təntənəsi, “Ovçu, vurma məni”, “Sənin həyat mövqeyin”, “Azərbaycan İncəsənəti”, “Hikmətli miniatürlər”, “Ağrılı yaddaş”, “İrsimizin sorağında” sənədli və bədii filmləri ilə yazılıb. Bu filmlər Yalçın Əfəndiyevin ölkəmizin tarixini, mədəniyyətini əks etdirən, insan münasibətlərinin mürəkkəb çalarlarını özünəməxsus dərin psixoloji üsullarla göstərən bir sənətçi olduğunu göstərir.

Qeyd edək ki, Yalçın Əfəndiyev Azərbaycan Professional Kinorejissorlar Gildiyasının yaradıcılarından və ən fəal təşkilatçılarındandır. O, Kinorejissorlar Gildiyası Bürosunun üzvü olaraq bir çox layihələrin reallaşmasında iştirak edərək, Beynəlxalq Audiovizual Festivalın Münsiflər Heyətinin sədri kimi gənclərin yaratdığı əsərlərə obyektiv qiymət verilməsində prinsipiallıq və ardıcıllıq göstərib.

23.07.2012 17:42 / Baxılıb: 499 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo