ARDNŞ indiyədək Türkiyəyə 2 milyard, Gürcüstana 700 milyon dollar yatırıb

Həbibə/AZADİNFORM. ARDNŞ indiyədək Türkiyəyə 2 milyard, Gürcüstana isə 700 mln. dollar investisiya yatırıb. “Azadinform” xəbər verir ki, bunu XIX Xəzər Neft-Qaz Konfransında çıxış edən ARDNŞ-ın iqtisadi məsələlər vitse-prezidenti Süleyman Qasımov bildirib. 

Onun sözlərinə görə, yaxın gələcəkdə ARDNŞ Gürcüstanda karbamid zavodu və qaz anbarı inşa edəcək. Karbamid zavodunun tikintisinə 500 mln. dollar investisiya yatırılacaq. Şirkət indiyədək Gürcüstanda yanacaqdoldurma məntəqələri şəbəkəsinə 110 mln. dollar, Kulevi neft terminalına 400 mln. dollar, qazpaylama şəbəkəsinə isə 176 mln. dollar investisiya yatırıb.

Türkiyəyə gəldikdə, S.Qasımov qeyd edib ki növbəti 7-8 il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin energetika sektoruna 10 mlrd. dollar investisiya yatıracaq. Onun sözlərinə görə, bu vəsait TANAP kəməri istisna olmaqla nəzərdə tutulub: “TANAP-la birlikdə isə Azərbaycanın Türkiyənin energetika sahəsinə yatıracağı investisiyanın həcmi 17 mlrd. dollar təşkil edəcək”.

Vitse-prezident bildirib ki, indiyədək ARDNŞ Türkiyəyə 2,040 mlrd. dollar yatırım qoyub. Bundan başqa, şirkət “Petkim”ə 1,76 mlrd. dollar, Türkiyədə inşa olunan “STAR” neft emalı zavoduna isə 5-5,5 mlrd. dollar vəsait yatıracaq. 

 

7.06.2012 13:25 / Baxılıb: 619 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo