Gürcüstanda işçilər aclıq elan etdi

Gürcüstanın Çiatura şəhərində əməkhaqlarının bir neçə dəfə artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, mədənçilərin təhlükəsizliyinin təmin olunmasını tələb edən mədən işçiləri mayın 17-də aclıq aksiyasına başlayıblar.

Mədən işçiləri "Gürcüstan manqanı" şirkətinin nümayəndələri ilə görüşərək tələbələrini bildiriblər. Lakin şirkət rəhbərliyi onların istəklərini nəzərə almayıb.

Bundan sonra 15 nəfər mədən işçisi tələbləri yerinə yetirilənədək aclıq aksiyasını davam etdirəcəklərini bildiriblər.

Sabiq Baş nazir, «Gürcü arzusu-demokratik Gürcüstan» partiyası siyasi katibi İrakli Qaribaşvili və Gürcüstan Həmkarlar İttifaqları Birliyi mədən sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsinə qalxıb. (azərtac)

17.05.2019 23:43 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo