Jurnalisti axtaran hərbçiləri sel apardı

Türkiyənin Anadolu Agentliyinin itkin düşən əməkdaşı Əbdülqədir Nişancının axtarışında iştirak edən iki hərbçini sel aparıb.

Azadinform xəbər verir ki, axtarış-xilasetmə işlərində iştirak edən hərbçilərdən ikisinin itkin düşməsi səbəbindən bölgəyə əlavə xilasedici briqadalar cəlb olunub.

Görülən tədbirlər nəticəsində ölən əsgərlərin cəsədləri sudan çıxarılıb.

Qeyd edək ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağındakı yolun qardan təmizlənmə işləri aparılan Dərəbaşı Virajları bölgəsində çəkiliş apararkən mayın 10-da qar uçqunu altında qalıb.

17.05.2019 23:21 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo