Merkel siyasətdən gedəcək

Almaniya Kansleri Angela Merkel Nazirlər Kabinetinə rəhbərlik edəcəyi vaxtın başa çatmasından sonra siyasətlə məşğul olmayacağını bəyan edib.

Azadinform-un məlumatına görə, A.Merkel 2021-ci ildən sonra siyasətdən gedəcəyini təsdiq edib.

A.Merkel deyib: "Səlahiyyət müddətim başa çatdıqdan sonra siyasətlə məşğul olmaq niyyətim yoxdur. Ötən ilin sonunda mən öz planlarım barədə məlumat vermişdim".

Qeyd edək ki, 2018-ci ilin sonunda A.Merkel Xristian-Demokrat Partiyasının sədrliyindən getsə də, kansler postunu tərk etməyib.

16.05.2019 23:11 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo