"Real" "Yunayted"i qabaqlayıb 1-ci oldu

Brand Finance agentliyi  dünyanın ən bahalı futbol markalarının yeni reytinq cədvəlini tərtib edib.

Azadinform-un məlumatına görə, siyahının ilk pilləsində 1,646 milyard avro marka dəyəri olan "Real" qərarlaşıb. Madrid klubu son reytinqlə müqayisədə "Mançester Yunayted"i qabaqlayaraq birinci pilləyə yüksəlib.

"Qırmızı şeytanlar" ikinci (1,472 milyard), "Barselona" (1,393) üçüncü pillədə yer alıb. Siyahının növbəti pillələrində müvafiq olaraq "Bavariya" (1,314), "Mançester Siti" (1,255), "Liverpul" (1,191), "Çelsi" (968 milyon), PSJ (914 ), "Arsenal" (885), "Tottenhem" (758) qərarlaşıb.

16.05.2019 22:54 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo