Dubay aeroportunda ABŞ-a məxsus təyyarə qəzaya uğrayıb

Amerikanın "Honeywell" şirkətinə məxsus "Diamond DA40" tipli birmühərrikli təyyarə cümə axşamı Dubay beynəlxalq hava limanında qəzaya uğrayıb.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə "Əş-Şark əl-Ausat" qəzeti yazıb.

Nəticədə göyərtədə olan dörd nəfərdən ikisi – pilot və köməkçisi ölüb.

Qəzaya ilkin səbəb olaraq texniki nasazlıq göstərilir.

Dubay hava limanı qəzadan sonra bir müddət fəaliyyətini dayandırıb. Hazırda ştat rejimində işləyir.

16.05.2019 22:32 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo