Madonna "Eurovision"un finalında çıxış edəcək

Madonna mayın 18-də Təl Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin finalında çıxış edəcək.

Azadinform xəbər verir ki, bu barədə Kan İctimai Yayım Şirkəti məlumat yayıb. 

Bununla bağlı dünya şöhrətli müğənni ilə müsabiqənin təşkilatçısı olan yayım şirkəti arasında müqavilə imzalanıb.  

“Yedioth Ahronoth”un məlumatına görə, Madonnanın finaldakı konsertinin 1,3 milyon dollar məbləğindəki xərclərini israilli-kanadalı milyarder Silvan Adams ödəyəcək. 

Müğənninin "Eurovision"un finalında üç mahnı ifa edəcəyi gözlənilir.

16.05.2019 22:17 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo