Azərbaycan ilə Çexiya arasında müzakirələr aparılıb

AZADİNFORM. Mayın 16-da Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-mayor Fuad Məmmədov ölkəmizdə səfərdə olan Çexiyanın “Ceska Zbrojovka Group SE” şirkətinin prezidenti Lyubomir Kovarikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Çexiya arasında həyata keçirilən hərbi-texniki əməkdaşlıq çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub, şirkətin istehsal etdiyi hərbi təyinatlı məhsulların taktiki-texniki xassələri və tətbiqi imkanlarına dair təqdimat keçirilib.

16.05.2019 19:43 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo