Avroliqanın finalı ilə bağlı idxal olunan mallar gömrük rüsumlarından azad edilir

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 

Azadinform xəbər verir ki, dəyişikliyə əsasən “Gömrük tarifi haqqında” qanunun 20.0.20-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 20.0.21-ci maddə əlavə edilir. 

“20.0.21. Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı.”. 

Qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.

16.05.2019 18:40 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo