Azərbaycan ilə Paraqvay Hökuməti arasında imzalanan saziş təsdiqlənib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Paraqvay Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişi təsdiq edib. 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Paraqvay Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” 2019-cu il martın 23-də Asunsion şəhərində imzalanmış Saziş təsdiq edilsin.

16.05.2019 18:30 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo